4,4 mindən çox yük maşını "Yuxarı Lars" keçid məntəqəsindən keçmək üçün gözləyir.
"Report" xəbər verir ki, bu barədə Şimali Osetiya Respublikasının Yol Hərəkətinin Təşkili Mərkəzi məlumat yayıb.
Rusiya tərəfdən ümumilikdə 4 419 qoşqu Gürcüstana girişi gözləyir.
Qeyd edək ki, Gürcüstan-Rusiya sərhədinə gedən yolda nəqliyyatın hərəkəti sərbəstdir. "Yuxarı Lars" keçid məntəqəsində parkinq yeri çatışmazlığı səbəbindən növbə yaranıb.
Rəylər