Kanadanın Baş naziri Castin Trüdo 18 illik evlilikdən sonra həyat yoldaşı Sofidən ayrıldığını açıqlayıb.
Bu barədə siyasətçi özünün “Instagram” səhifəsində yazıb.
“Sofi və mən bildirmək istəyirik ki, apardığımız geniş müzakirələrdən sonra yollarımızı ayırmaq qərarına gəldik. Həmişə olduğu kimi, biz bir-birimizə və birlikdə qurduğumuz və qurmağa davam edəcəyimiz hər şeyə sevgi və hörmətlə yanaşmaqda davam edirik. Övladlarımızın rifahı, bizim və onların şəxsi həyatı naminə verdiyimiz qərara hörmətlə yanaşmağınızı xahiş edirik”, – 51 yaşlı Castin Trüdo yazıb.
Baş nazirin Mətbuat Xidmətinin yaydığı açıqlamada isə qeyd edilir ki, artıq cütlük rəsmi boşanma sənədinə imza atıb.
View this post on Instagram
"Kanada" teqi üzrə xəbərlər
- Böyük Britaniya 134 milyard dollarlıq hərbi bank layihəsindən imtina etdi
- Kanadada hərbi bazada yanğın: Dörd hərbçi öldü, xeyli yaralı var - Video
- Kanadada hərbi bazada güclü yanğın: Ölənlər və yaralananlar var - Video
- Tramp 51-ci ştatın hansı ölkə olacağını açıqladı
- Məşhur müğənni Selin Dion konsert zamanı səhnədə yıxıldı - Video
Digər xəbərlər