Braziliyada 51 yaşlı qadın 21-ci övladını dünyaya gətirib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, qadın ilk dəfə 13 yaşında ana olub və digər uşaqları bir-birinin ardınca dünyaya gətirib.
Həkimlər bu yaşda doğuşun riskli olduğunu qadına xəbərdarlıq etsələr də, o uşağı doğmaqda israr edib. Ələxüsus da, artıq gənclik yaşıını çoxdan keçmiş bu xanım hamiləlik dövründə yüksək qan təzyiqindən ciddi əziyyət çəkib.
Bütün bunlara rəğmən hər şey qaydasında başa çatıb və onun oğlu sağ-salamat doğulub. Yeni doğulmuş oğlan uşağının çəkisi 3 kq-dan bir az artıqdır və boyunun uzunluğu 46,5 santimetrdir. Uşağa doğuşda iştirak edən fotqrafın şərəfinə Tassio adı verilib.
Qeyd edək ki, 51 yaşlı qadın ümumilikdə 10 qız və 11 oğlan dünyaya gətirib. Onlardan 18-i sağ qalıb.
“Mən uşalarımın qayğısına qalıram və onlardan hər birini sevirəm. 51 yaşda ana ola bilərsiniz, buna şübhə etməyin”, - Sebastyana deyib.