Almaniyada istənilən nasist rəmzi və nasist salamlaşması qanunla qadağandır, amma Fraytal şəhərinin 58 yaşlı sakini buna məhəl qoymayaraq mühacirlərə qarşı çıxış edən nümayiş iştirakçılarını “ziqa” (faşist salamlaması) ilə salamlayıb.
Oxu.Az xəbər verir ki, onun jesti yaxınlıqda olan hüquq-mühafizə orqanları əməkdaşlarının diqqətindən yayınmayıb. Bundan başqa kişnin jestinin şəkili sosial şəbəkədə yayılıb.
Uğursuz “zarafat” almanın işdən çıxarılması və ona qarşı cinayət işinin açılması ilə nəticələnib. İndi o böyük məbləğdə cərimələnə bilər və ya 3 il müddətinə azadlıqdan məhrum edilə bilər.