Çində inşaat sektorunda çalışan şirkətlərdən birinin mikroavtobusu yerli polis tərəfindən saxlanılıb. Yavaş hərəkət etməsi səbəbindən onu saxlayan yol polis əməkdaşları avtomobilə baxış keçirərkən gözlərinə inanmayıblar.
Oxu.Az faktxeber.com-a istinadən xəbər verir ki, 6 nəfərlik mikroavtobusdan 40 nəfər işcinin çıxması polis işçilərində böyük təəccüb yaradıb. Sürücü nəqliyyat vasitəsində sərnişin sayını pozduğu üçün 6 bal və 200 yuan (49.35 AZN) cərimə olunub.
Həmin görüntüləri təqdim edirik :
İ.N.