BMT-nin İranda insan haqları üzrə hesabatçısı bu ölkədə edamların artmasından narahatlığını bildirib.
Oxu.Az-ın AzadlıqRadiosuna istinadən məlumatına görə, BMT Baş Məclisinə hesabatında Əhməd Şahid deyib ki, keçən ilin iyulundan bu ilin iyununa kimi İranda azı 852 adam edam olunub. Onlardan 8-i yeniyetmədir. O qeyd edib ki, edamların sayındakı artım həyəcan doğurur:
“İranda insan haqqlarının vəziyyətindən ciddi narahatlıq var”.
O, İranda senzura və təzyiqlər mövzusuna da toxunub, 35 jurnalistin həbsdə olduğunu deyib.