İstanbul kafelərindən birində Celal Gürkan Ö. adlı şəxs 300 lirəyə (86 manat) görə Ekrem və Hüseyin Yıldırım qardaşlarını bıçaqlayıb.
“Sondakika” xəbər verir ki, yaralananlar dərhal xəstəxanaya çatdırılsalar da, onlardan birinin həyatını xilas etmək olmayıb.
Digər qardaşın vəziyyəti orta-ağırdır.
Yerli hüquq-mühafizə orqanlarının əməkdaşları qısa zamanda cinayətkarı yaxalayıblar.
Hazırda faktla bağlı araşdırma aparılır.