Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Abbas Əraqçı: "ABŞ İsrailin İranın nüvə obyektlərinə hücumunda şərik hesab olunacaq"
"ABŞ İsrailin İranın nüvə obyektlərinə hücumunda şərik hesab olunacaq".
Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçının BMT baş katibinə və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbərinə ünvanladığı məktubda deyilir.
"İran İsraili istənilən tələsik addımlara qarşı xəbərdar edir və bəyan edir ki, onun tərəfindən istənilən təhdid və ya pozuntular qəti şəkildə cavablandırılacaq.
Biz həmçinin əminik ki, yəhudi dövlətinin İslam Respublikasının nüvə obyektlərinə hücumu halında ABŞ hökuməti bu hücumda şərik olacaq və buna görə hüquqi məsuliyyət daşıyacaq", - deyə məktubda bildirilir.
"İran" teqi üzrə xəbərlər
- Kallas: "İranın Hörmüz boğazını bağlaması böyük təhlükəyə səbəb olacaq"
- İran daha bir "casus"u edam etdi
- Nyu-Yorkda etirazlar: Minlərlə insan ABŞ-nin İrana zərbələrinə qarşı küçələrə çıxdı
- Tehrandan Vaşinqtona təhdid: "Terror özəkləri işə salınacaq"
- Donald Tramp İrandakı bütün nüvə obyektlərinin məhv edildiyini bildirib