Türkiyə eks-prezidenti Abdullah Gülə verdiyi sual, professor Emrah Altındişin həyatında çox ciddi problemlərə səbəb olub.
Oxu.Az Bugün.az-a istinadən xəbər verir ki, Türkiyə eks-prezidenti Abdullah Gülə verdiyi sual, professor Emrah Altındişin həyatında çox ciddi problemlərə səbəb olub. May ayında tədqiqatçı olaraq işlədiyi Harvard Universitetində çıxış edən eks-prezident Abdullah Gülə “Gezi Parkı” hadisələri ilə bağlı verdiyi sual, onun barəsində terrorist olaraq cinayət işinin qaldırılmasına səbəb olub.
Emrah Altındişin Abdullah Gülə ünvanladığı sual isə qısaca belə idi: “Türkiyədə insanlar öldürülərək necə olur ki, gecələri rahat yatırsınız?”.
Bundan sonra Emrah Altındişin fəaliyyət göstərdiyi universitetdə iş yoldaşlarına onun terrorist olduğunu iddia edən elektron məktublar göndərilib. Emrah, göndərilən məktubların ünvanlarının çox xüsusi seçildiyini, polisin onun haqqında böyük bir araşdırma apardığını, az daha işini itirəcəyini bildirib.
Amma araşdırmalardan sonra onun haqqındakı bütün iddiaların əsassız olduğu təyin edilmişdir.
Əmrah Altındişin Abdullah Gülə verdiyi sualın videosunu təqdim edirik: