Yaponiya baş naziri Sindzi Abe iyulun ortalarında Tehrana planlaşdırılan səfərini təxirə salıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı Yaponiya hökumətindən məlumat verilib.
Səfərin təxirə salınmasının səbəbləri məlum deyil.
Abe islam inqilabından sonra İrana səfər edəcək ilk Yaponiya baş naziri olmalı idi.