Rusiyalı biznesmen və Londonda “Çelsi” futbol klubunun sahibi Roman Abramoviç İngiltərədə vizasının müddətini uzada bilməyib.
Oxu.Az-ın məlumatına görə, bu barədə “The Bell” məlumat yayıb.
“The Bell”ə iki həmsöhbət bildirib ki, Abramoviçin hazırki vizasının müddəti üç həftə öncə bitib. Yenisi isə verilməyib”.
Qeyd olunur ki, bu səbəbdən də Abramoviç “Mançester Yunayted”in İngiltərə Kuboku matçını izləyə bilməyəcək.
Rəylər