Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
ABŞ-a güclü qasırğa yaxınlaşır: böyük dağıntılar gözlənilir
ABŞ sahillərinə yaxınlaşan “Alberto” subtropik qasırğası ölkədə böyük dağıntılara yol aça bilər. Proqnozlara görə, ölkə büdcəsinə milyardlarla dollar ziyan dəyə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi qasırğa tədqiqatları mərkəzinin mütəxəssisi Çak Uotsona istinadən məlumat yayıb.
Alberto qasırğasının hərəkət trayektoriyasında olan Alabama, Florida və Missisipi ştatlarında artıq fövqəladə vəziyyət rejimi tətbiq olunub.
Ekspertin sözlərinə görə, qasırğa fəlakət zonasına bilavasitə 500 milyon dollara yaxın zərər vura bilər. Bölgənin turizmində yaranacaq durğunluğa görə isə büdcə daha 600 milyon dollar itirəcək.
“Alberto” 2018-ci ildə qasırğa adı alan ilk subtropik fırtınadır. Fırtınanın gətirdiyi küləyin sürəti saatda 119 kilometri keçdikdə, o qasırğa kateqoriyasına daxil edilir.
F.M.
www.oxu.az
Rəylər