Son 50 ildə ilk dəfə Kubadan qanuni yük ilə yola düşən gəmi çərşənbə günü Amerikanın Fort-Loderdeyl şəhərində Everqleyds limanına yan alıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Gəmi adaya qarşı tətbiq edilən sərt ticarət embarqosuna baxmayaraq, oradan Birləşmiş Ştatlara, fəhlələrin özəl birlikləri tərəfindən hasil edilmiş iki konteyner kömür gətirib. Belə tədarüklər ABŞ Maliyyə və Ticarət nazirliklərinin həyata keçirdiyi bəzi tədbirlər nəticəsində mümkün olub. Bu tədbirlər, hələ Ağ evdə Barak Obama prezident olarkən həyata keçirilib.
N.O.
www.oxu.az