"ABŞ Ukraynanın maliyyələşdirilməsini dayandırıb".
Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu jurnalistlərlə görüşündə açıqlayıb.
Dövlət başçısı qeyd edib ki, Vaşinqton artıq Kiyevə silah təchizatı üçün NATO vasitəsilə ödəniş alır.
Tramp, həmçinin bildirib ki, onun səyləri sayəsində Ukraynadakı münaqişə artıq dünya müharibəsinə çevrilməyəcək.