Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

ABŞ bankları öz kriptovalyutasını yaradır - yeni "stablecoin" gəlir
ABŞ-nin "JPMorgan Chase", "Bank of America", "Citigroup" və "Wells Fargo" kimi böyük bankları dollara bağlı rəqəmsal valyuta - "stablecoin" yaratmaq niyyətindədirlər.
Oxu.Az bu barədə "The Wall Street Journal"a istinadla məlumat verir.
Bildirilir ki, layihə ilkin danışıqlar mərhələsindədir.
Yeni "stablecoin"in beynəlxalq köçürmələr daxil olmaqla maliyyə əməliyyatlarını sürətləndirməsi gözlənilir. Banklar hesab edir ki, bu təşəbbüs onların kriptovalyuta bazarında rəqabət qabiliyyətini qorumasına kömək edəcək.
Yekun qərar hələ qəbul olunmayıb. Bu, həm müştəri tələbatından, həm də qanunvericilik təşəbbüslərindən asılı olacaq.
"Kriptovalyuta" teqi üzrə xəbərlər
- Trampın oğulları "Bitcoin"ə dair proqnoz veriblər
- Fransa polisi kriptovalyuta sahiblərinin doğmalarını girov götürən şəxsləri saxlayıb
- Trampın qonaqlığına qatılan investorlar məyus oldular: "Yeməklər təyyarədə veriləndən daha pis idi"
- Qazaxıstan kriptovalyutanı qanuniləşdirəcək
- Dünyada kriptovalyuta sahibləri oğurlanır, işgəncələrə məruz qalırlar