Pakistanın Lahor və Karaçi şəhərlərində fəaliyyət göstərən ABŞ konsulluqlarının bəzi əməkdaşlarına Yaxın Şərqdəki mövcud təhlükəsizlik riskləri ilə əlaqədar ölkəni tərk etmələri barədə göstəriş verilib.
Oxu.Az-ın məlumatına görə, Dövlət Departamentinin bu barədə müvafiq təlimatları ABŞ-nin Pakistandakı səfirliyinin rəsmi internet resursunda dərc olunub.
Sənəddə vurğulanıb ki, sözügedən sərəncam fövqəladə hallara cəlb olunmayan personala və konsulluq işçilərinin ailə üzvlərinə şamil edilir.
Bildirilib ki, ABŞ-İsrail koalisiyası ilə İran arasındakı hərbi gərginlik fonunda regionda raket hücumları, pilotsuz uçuş aparatlarının (PUA) zərbələri və mülki aviasiyanın fəaliyyətində problemlər ehtimalı qalmaqdadır.