ABŞ-da “BMW” markalı avtomobilləri daşıyan qatar relsdən çıxıb. Qəza nəticəsində 120 avtomobil zədələnib.
Oxu.Az xəbər verir ki, bu barədə TopGir.com.ua məlumat yayıb.
Qatara iki lokomotiv və 12 vaqon daxildir, onların hərəsində 10 avtomobil olub. Qəza nəticəsində ölən və yaralananlar yoxdur.
Zədələnən avtomobillər arasında “X3”, “X4”, “X5” və “X6” krossoverləri var. Kadrlara görə, avtomobillər bərpa olunması mümkün olmayan güclü zədələr alıb.
N.О.
www.oxu.az