ABŞ-ın Luiziana ştatında Ceferson prixodunda alliqator onu tutmağa çalışan şerifin köməkçisini qorxudub.
Oxu.Az-ın xəbərinə görə, alliqatorun ağzını sarıdıqdan sonra polislərdən biri kənara çəkilir, digəri isə heyvanın qaçmaması üçün onun yanında dayanmalı olur.
Reptiliya qəfildən başını arxaya çəkir. Bu zaman heyvana tərəf əyilmiş polis əməkdaşı qadın səsi ilə ucadan qışqırıb yerində hoppanır. Bundan sonra o, əlini ürəyinin üstünə qoyub gülə-gülə kənara çəkilir.
N.О.