Amerikanın Sent-Luis (ştat Missuri) şəhərinin şimal hissəsində naməlum şəxs tərəfindən açılan atəş nəticəsində dörd nəfər yaralanıb. Bu barədə yerli KİV xəbər verib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, onların məlumatına əsasən iki qadın və iki kişi yaralanıb. Onların hamısı afroamerikalılardır.
Həkimlər yaralılardan birinin vəziyyətini ağır qiymətləndirirlər. Hadisə yerinə polis əməkdaşları gəlib.