ABŞ-ın Klivlend şəhərində atışma olub.
Oxu.Az-ın "Report"a istinadla məlumatına görə, silahlı toqquşma yeniyetmələrlə naməlum şəxslər arasında baş verib. Atışma zamanı 1 yeniyetmə öldürülüb, daha 5-i yaralanıb. Onlar 12-16 yaşlarındadır.
Polis rəisi Kelvin Uilyams ölmüş yeniyetmənin ailəsinə başsağlığı verib və insidentin araşdırılması üçün ictimaiyyəti köməyə çağırıb.
A.S.
www.oxu.az