ABŞ-ın İndiana ştatında barda baş verən atışma nəticəsində üç nəfər ölüb, daha iki nəfər yaralanıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə sentyabrın 13-də yerli vaxtla gecə saatlarında baş verib.
İnformasiyaya görə, şahidlər polisə barda atışma səsləri eşitdiklərini və bir nəfərin qaçdığını gördüklərini deyiblər.
Hadisənin başvermə səbəbləri hələlik məlum deyil, araşdırma aparılır.