Amerika məktəblisi, beşinci sinif şagirdi səkkiz yaşlı qonşusunu atasının tüfəngindən atəş açaraq öldürüb, uşaqlar it üstündə dalaşıblar, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
Uayt Payn dairəsinin sakinləri atışma səsi eşidərək polis çağırıblar. Hadisə yerinə gələn hüquq-mühafizə orqanı əməkdaşları sinəsindən odlu silahdan açılan atəş nəticəsində yaralanan qızı yerdə uzanan halda aşkar ediblər. O, xəstəxanaya çatdırılıb, həkimlər onun öldüyünü bildiriblər.
Polis Bad Mak Kuaq bildirib ki, 11 yaşlı oğlan 12 kalibrli silahdan atəş açaraq qızı öldürüb. O, oğlanın motivləri barədə heç bir məlumat verməyib, amma qonşular uşaqların it üstündə mübahisə etdiklərini bildiriblər.
Oğlan yetkinlik yaşına çatmayanların işi üzrə məhkəmə tərəfindən birinci dərəcəli ağır qətldə ittiham edilir və o, saxlanılıb. Onun işi üzrə dinləmə bazar ertəsi səhərinə təyin edilib. Hal-hazırda onun hər hansı bir psixiki xəstəlikdən əziyyət çəkməsi aydınlaşdırılır.