Bakıda ölümlə nəticələnən daha bir yol qəzası baş verib.
Oxu.Az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, oktyabrın 4-ü saat 21:25 radələrində Sabunçu rayonu Zabrat-Kürdəxanı şosesində qəsəbə sakini, 1986-cı il təvəllüdlü Əmir Əmirov idarə etdiyi “VAZ-2106” markalı avtomobili idarəetməni itirərək maneəyə vurub.
Nəticədə Ə.Əmirov 3 saylı xəstəxanaya yerləşdirilib. Sürücünün həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az