ABŞ-ın Ceksonvil şəhərində “Boeing 737” təyyarəsi qəza nəticəsində çaya yuvarlanıb.
RİA Novosti xəbər verir ki, layner hava limanına eniş zamanı uçuş-enmə zolağınin kənarına çıxıb.
Ceksonvilin şerifi təyyarənin şəkillərini paylaşaraq sərnişinlərin sağ-salamat olduqlarını bildirib.
“Boeing 737” təyyarəsi 136 sərnişinlə ABŞ-ın Kuba adasındakı Quantanamo hərbi-dəniz bazasından Floridaya uçuş həyata keçirib.
#JSO Marine Unit was called to assist @NASJax_ in reference to a commercial airplane in shallow water. The plane was not submerged. Every person is alive and accounted for. pic.twitter.com/4n1Fyu5nTS
— Jax Sheriff's Office (@JSOPIO) May 4, 2019