ABŞ-da sərhəddə atası ilə birlikdə saxlanılan səkkiz yaşlı Qvatemalalı uşaq ölüb.
Oxu.Az bildirir ki, bu haqda Associated Press xəbər verir.
Qeyd olunur ki, uşaq və onun atası qeyri-qanuni miqrantların saxlanılma mərkəzinə yeləşdirilmişdilər.
Dekabrın 24-ü uşaq özünü pis hiss edib və onu Nyu-Meksikonun tibb mərkəzinə çatdırıblar. Həkimlər onda soyuqdəymənin olduğunu bildiriblər və lazımlı dərmanları yazıblar. Lakin az sonra onun halı pisləşib və uşaq təkrarən xəstəxanaya çatdırılsa da, bir neçə saat sonra orada dünyasını dəyişib.
Bu, ay ərzində ABŞ-dakı miqrantların saxlanma mərkəzində dünyasını dəyişən ikinci Qvatemalalı uşaqdır. Belə ki, dekabrın 8-də 7 yaşlı Qvatemalalı qız uşağı dünyasını dəyişmişdi. Bu hadisə o, atası ilə birlikdə Nyu-Meksikoda saxlanıldıqdan iki gün sonra baş vermişdi.