ABŞ-ın Albukerk şəhərində nümayiş zamanı silahlı insident yaşanıb.
Bu barədə şəhər polis idarəsinin “Twitter” hesabında məlumat yerləşdirilib.
“Etiraz zamanı atışma baş verib. Bir nəfər yaralanaraq, xəstəxanaya yerləşdirilib. İnsanlar ərazidən uzaqlaşdırılmalıdır”, - deyə məlumatda qeyd edilir.
Həmin şəxsin vəziyyətinin stabil ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma başladılıb.