ABŞ-da güclü qar yağması nəticəsində 41 nəfər adam ölüb, Associated Press məlumat yayıb.
Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, bütün ölümlərin yol qəzalarının, eləcə də qar yığımı zamanı ürək tutması nəticəsində olması qeyd edilir.
Ölənlərin cəsədləri Vaşinqtonda, Delaverdə, Kentukkidə, Merilendə, Nyu-Cersidə, Nyu-Yorkda, Cənubi və Şimali Karolinada, Ohayoda, Pensilvaniyada, Tennesi və Virciniyada aşkar edilib.
Daha öncə Vaşinqtonda yerləşən Amerika federal dövlət müəssisələrinin yanvar ayının 25-də son qar yağmasına görə bağlanacağı barədə məlumat yayılmışdı.
Eləcə də əlverişsiz hava şəraitindən sonra Nyu-York, Filadelfiya və Baltimor aeroportlarının öz işlərini mütəmadi olaraq bərpa etməyə başladıqları məlum olub.