ABŞ-ın iki hərbi təyyarəsi Şimalı Karolina ştatının sahillərində qəzaya uğrayıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Sahil mühafizə xidmətinin əməkdaşları hazırda qəza yerində axtarışlar aparır.
Məlumata əsasən, sahildən 40 km aralıda, Atlantik okeanı üzərində təlim uçuşu zamanı “McDonnell Douglas F / A-18” tipli iki döyüş təyyarəsi toqquşaraq suya düşüb.
Qeyd olunur ki, qəza nəticəsində ölən olmayıb. Hər iki təyyarənin xəsarət alan 4 nəfər ekipaj üzvü xilas olunaraq xəstəxanaya aparılıb.