ABŞ-ın Kentukki ştatında dörd nəfəri güllələyən şəxs intihar edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Conson dairəsinin şerifinin Facebook səhifəsində məlumat verilir.
Polisə dairənin şimalında atışma barədə məlumat daxil olub. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları iki meyit aşkarlayıblar. Şübhəli şəxs avtomobildə hadisə yerindən qaçıb.
Polis cinayətkarın avtomobili tapanda, orada daha iki cəsədin olduğu məlum olub. Şübhəli şəxs isə intihar edib.