ABŞ-ın Oreqon ştatında kollecdə atışma baş verib.
Oxu.Az CNN-ə istinadən xəbər verir ki, ilkin məlumata əsasən, naməlum şəxsin Rozberq şəhəri yaxınlığında tədris müəssəsində açdığı atəş zamanı 15 nəfər ölüb, daha 20 nəfər yaralanıb.
Hal-hazırda polis hadisə yerində insidentin təfərrüatlarını araşdırır.
Yerli KİV-in məlumatına görə, atəş açan şəxs öldürülüb.