ABŞ-ın Florida ştatının Ceksonvil şəhərində naməlum şəxslər uşaqlarla dolu məktəb avtobusunu atəşə tutublar.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, nəticədə 14 və 15 yaşlı qızlar yüngül yaralanıb, onların həyatı təhlükədə deyil.
Qeyd olunur ki, avtobus uşaqları evə aparırdı, atəşin açılması zamanı avtobusda müxtəlif təhsil müəssisələrindən olan 30 məktəbli olub.
Polis iki şübhəli şəxsi axtarır.