Koloradо ştatının Denver şəhəri yaxınlığında məktəblərin birində atışma nəticəsində azı 7 nəfər yaralanıb. Bu haqda RBK Amerika KİV-lərinə istinadən xəbər verir. Yaralananların dördünün vəziyyəti ağırdır. Polis hadisədə şübhəli bilinən iki şəxsi saxlayıb, əməliyyat-axtarış tədbirləri davam edir. Atəş açanların məqsədləri hələ məlum deyil.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin