ABŞ-ın Arkanzas ştatında yerləşən məktəbdə atışma baş verib.
Bu barədə “Associated Press” məlumat yayıb.
Hadisə Payn-Blaff şəhərində qeydə alınıb. Şagirdlərdən biri məktəbdə atəş açdıqdan sonra hadisə yerindən qaçmaq istəyib. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlini saxlayıblar.
Məktəbdə baş vermiş atışma nəticəsində 15 yaşlı məktəbli həlak olub.