ABŞ-ın Florida ştatının Ceksonvill şəhərində cümə axşamı naməlum şəxs yol kənarında parkinq olunmuş avtomobildən atəş açıb.
Oxu.Az TASS-a istinadla xəbər verir ki, insident nəticəsində iki qadın ölüb, bir kişi yaralanıb.
Polis ölənlərin atəş açanla tanış olduğunu istisna etmir. Hazırda atəş açanın axtarışları aparılır.