“İslam dövləti” terrorçu qruplaşmasının (İŞİD) müvəqqəti rəhbəri keçmiş iraqlı fizika müəllimi Əbu Əla Əfri olub.
Oxu.Az xəbər verir ki, bu barədə Newsweek İraq hökumətinin müşaviri, doktor Hişam əl-Haşimiyə istinadən xəbər verir.
Bundan əvvəl bildirilirdi ki, “İŞİD”in rəhbəri Əbu Bəkr əl-Bağdadi İraqın qərbində ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın hərbi hava qüvvələrinin endirdiyi aviazərbə nəticəsində yaralanıb.
Əl-Haşimi həmçinin bildirib ki, əl-Bağdadi ölərsə, Əla Əfri “İŞİD”in yeni daimi başçısı olacaq.
“Əl-Bağdadi ölsə o, İŞİD-in yeni lideri olacaq”, - deyə, İraq hökumətinin müşaviri bildirib.