Aprelin 30-da Bakıda Azərbaycan-Belçika biznes forumu keçiriləcək.
Bu barədə Oxu.Az-a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.
Məlumata görə, forumda 40-a yaxın Belçika şirkətinin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, forum Belçika Krallığının xarici ticarət üzrə dövlət katibi cənab Pieter De Kreminin ölkəmizə səfəri çərçivəsində baş tutacaq.
Bundan başqa, aprelin 28-də Rusiya Federasiyasının Tomsk vilayətinin biznes nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Azərbaycan-Rusiya Biznes Forumu təşkil olunacaq.
Biznes forumda səhiyyə, enerji, İKT, mebel istehsalı və digər sahələri təmsil edən Rusiya şirkətləri iştirak edəcəklər.
Ülviyyə R.Əli
www.oxu.az