Texas ştatının Dallas şəhərində polis silahsız qara dərilini öldürüb. Bu barədə Associated Press məlumat yayıb.
Oxu.Az xəbər verir ki, məlumata əsasən, polisə oğurluq barədə məlumat daxil olub. Bu zaman 19 yaşlı Kristian Teylor maşını ilə avtosalonun şüşə qapılarından içəri daxil olub. Polis hadisə yerinə gəlib, polislər və Teylor arasında dava düşüb. Dava zamanı 49 yaşlı Bred Miller tələbəni güllələyib.
Məlumat verilir ki, hadisə sosial şəbəkə istifadəçiləri arasında rezonans doğurub.
Baş vermiş hadisənin video müşahidə kameralarının heç biri tərəfindən qeydə alınmaması onları daha çox hiddətləndirib.