Gürcüstanda sentyabrdan etibarən çörəyin 10 tetri bahalaşacağı gözlənilir.
Oxu.Az “Qruziya-onlayn” saytına istinadla xəbər verir ki, istehsalçılar buna səbəb olaraq una olan qiymətin bahalaşmasını göstərirlər.
“Təəssüf olsun ki, çörəyin qiymətini saxlaya bilməyəcəyik. Əgər biz bunu sentyabra qədər etsək, yaxşı olacaq. Əgər unun qiymətləri tənzimlənməsə, çörəyin qiyməti mütləq artacaq. Çörək təxminən 10 tetri bahalaşacaq. Bunun səbəbi iyunun 10-dan unun kisəsinin 37 laridən 44 lariyə qalxmasıdır. Bu, çoxdur”, “İpkli” MMC-nin baş direktoru Şakro Bakuradze deyib.
Gürcüstanın Çörək məmulatları istehsalçıları Assosiasiyasının direktoru Malxaz Dolidze də çörəyin qiymətinin artacağını proqnozlaşdırır.
Onun sözlərinə görə, qiymət artımı artıq hiss olunur və konkret tədbirlər görülməsə, qiymətlərin artması qaçılmazdır.