Polis zabiti Corciya ştatında DeKalb əyalətində silahsız kişini güllələyib. Bu barədə CBS46 xəbər verir.
Bazar ertəsi polis, hərəkətlərinə nəzarət edə bilməyəcək halda yerdə sürünən və qapıları döyən kişi barədə xəbər aldıqdan sonra yaşayış kompleksinə gəlib. Zabit iki dəfə atəş açaraq kişini yerində öldürüb, Oxu.Az Qazeta-ya istinadən xəbər verir.
Qurbanın adı açıqlanmır. İstintaq başlayıb, polis əməkdaşı inzibati məzuniyyətə göndərilib.