50 yaşlı amerikalı Culi Linç Powerball lotereyasında cek-potu udub, 24.kz məlumat yayıb.
Oxu.Az xəbər verir ki, qalibin özü maliyyə durumunun gözlənilmədən düzəlməsi barədə naharda növbə gözləyərkən bilib.
Bundan sonra bəxti gətirən qadın uzun illər işlədiyi fabrikdən ayrılıb. O, udduğu pullara torpaq sahəsi almağı, bütün ailə üçün orada ev tikməyi düşünür.
Amerika qanunvericiliyinə görə, qalib uduşun yalnız bir dəfəlik ödəniş kimi 200 milyon dollarını alacaq.
“İşdə çox pis gün keçirmişdim, McDonald's-a yemək üçün getdim və sifarişimi gözləyənə qədər rəqəmləri yoxlamaq qərarına gəldim. Gözlərimə inanmadım. İşə qayıdıb həmkarlarımdan hər şeyi yenidən yoxlamağı xahiş etdim”, - Linç bildirib.