Beynəlxalq Futbol Federasiyasının (FİFA) etika üzrə komitəsi FİFA prezidenti Yozef Blatteri, təşkilatın baş katibi Jerom Valkeni və Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) rəhbəri Mişel Platinini 90 gün müddətinə vəzifələrindən kənarlaşdırıb.
Bu barədə FİFA-nın rəsmi saytında bildirilib, Oxu.Az xəbər verir.
Bu müddət 45 gündən çox artırıla bilməz.
Oktyabrın 7-də Blatterin kənarlaşdırılması haqqında informasiya gedib, amma bir müddət sonra onun işi üzrə yekun qərarı FİFA-nın etika üzrə komitəsinin arbitraj palatasının rəhbəri Hans-Yoahim Ekkertin cümə axşamı - oktyabrın 8-də verəcəyi bildirilib.