Bu gün ABŞ-da “qara cümə” başlayıb.
Oxu.Az xəbər verir ki, bu gündə mağazaların əksəriyyəti alıcılarına çox böyük endirimlər edirlər.
Bununla əlaqədar gecədən ticarət mərkəzlərinin qarşısında növbələr yaranır. ABŞ-ın pərakəndə satış Federasiyasının məlumatına əsasən bu il “qara cümə”də 140 milyondan çox amerikalı iştirak etməyə hazırlaşır. Onlardan hər biri alış-verişə ən azı 300 dollar xərcləməyi düşünür.
E.Ə.
www.oxu.az