ABŞ-ın Ravenna şəhərində (Ohayo ştatı) silahlı insident baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, naməlum şəxsin küçədə atəş açması nəticəsində bir kişi ölüb, bir qadın isə yaralanıb.
Cinayəti törədən şəxs hadisə yerindən qaçıb. Yerli polis ehtimal edilən atəş açanın şəklini yayımlayıb. Cinayətkarın tutulması üçün əməliyyat-axtarış tədbirləri görülür.
Qeyd edək ki, noyabrın 28-də iyirmi yaşlı Somali əsilli Əbdül Razak Əli Artan Ohayo universitetinin ərazisində idarə etdiyi avtomobili piyadaların üstünə sürüb, sonra isə avtomobildən düşərək bıçaqla tələbələrə zərbələr endirməyə başlayıb. İnsident nəticəsində 11 nəfər xəsarət alıb.
Hadisə yerinə gələn polis əməkdaşları silahlını məhv ediblər. Bir gün sonra universitetə hücuma görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.
E.Ə.
www.oxu.az