“Hawaiian Airlines” aviaşirkətinin Los-Anceles-Maui reysini həyata keçirən sərnişin təyyarəsi 3 dəfə hava limanına qayıtmaq məcburiyyətində qalıb.
Oxu.Az xəbər verir ki, təyyarənin 3 dəfə hava limanına qayıtmağına səbəb müxtəlif texniki nasazlıqlar olub.
Bildirilir ki, təyyarə 3-cü dəfə hava limanına döndükdən sonra reysi ləğv etmək qərarı qəbul edilib və sərnişinlərə digər reyslərlə Mauiyə yollanmaq təklif edilib.