ABŞ-ın Cənubi Kaliforniya ştatında yağan leysan yağışları ciddi fəsadlara yol açıb.
Oxu.Az xəbər verir ki, bu barədə BBC yerli rəsmilərə istinadən məlumat yayıb.
Məlumata görə, daşqınlar və torpaq sürüşməsi nəticəsində azı 13 nəfər həyatını itirib.
163 nəfərin xəstəxanaya çatdırıldığı bildirilir. Zərərçəkənlərdən dördünün vəziyyəti ağırdır. İtki sayının artacağı istisna edilmir.
Santa Barbara şəhərinin şərqində yerləşən Romero kanyonunda 300-ə yaxın sakinin ətrafdan təcrid olaraq çıxılmaz vəziyyətə düşdüyü xəbər verilir.
Polislərdən biri yerli mətbuata verdiyi açıqlamada, bölgədə daşqınlardan sonra müşahidə olunan mənzərənin birinci dünya müharibəsinin döyüş meydanına bənzədiyini bildirib.
Torpaq sürüşməsindən sonra böyük ölçülərdə olan qaya parçaları avtomobil yollarına yuvarlanıb. Sahilyanı mərkəzi magistralın 48 kilometrə qədər hissəsi bağlanıb.
Hadisə yerinə 50-yə yaxın xilasedici səfərbər olunub.
WATCH: Thousands have been evacuated in California as heavy rains cause flooding and mudslides after the region’s vegetation was destroyed in the recent wildfires https://t.co/Qu7vQd56mf pic.twitter.com/4MZGO4I7ta
— NBC News (@NBCNews) 10 января 2018 г.