Kaliforniyanın Qlendeyl şəhərində 23 yaşlı erməni həbs edilib. O, “Uber” nəqliyyat şəbəkəsinin sürücüsü Artak Avakyandır. Polis onun evində beş ədəd silah, çox sayda yalnız resept ilə verilən dərmanlar və narkotik və 20 min dollar nəğd pul aşkar edib. Bu barədə “Glendale News-Press” bildirib.
Oxu.Az news.am-a istinadən xəbər verir ki, bu ay Qlendeyl polisi yalnız resept ilə verilən dərmanların alverçisi barədə məlumat alıb. İzləmə zamanı detektivlərə bu şəxsin Artak Avakyan olduğu məlum olub.
Onun evində axtarış zamanı üç tüfəng, tapança, resept ilə verilən dərmanlar, kokain, ekstazi və digər narkotiklər, eləcə də rəqəmsal tərəzi və narkotik alveri ilə bağlı sms-lərin olduğu mobil telefon aşkar ediblər. Həbsdən sonra Avakyan girov əsasında azadlığa buraxılıb. O, noyabrda məhkəmə qarşısına çıxmalıdır.
Polis hesab edir ki, o, “Uber” nəqliyyat şəbəkəsində sürücülük işini gözdən pərdə asmaq üçün istifadə edirdi.