Səudiyyə Ərəbistanının qadınları ilk dəfə qarşıdan gələn bələdiyyə seçkilərində səs vermək və namizədliklərini irəli sürmək hüququ alıblar. Seçkilər cari ilin dekabr ayında baş tutacaq.
Oxu.Az xəbər verir ki, krallığın rəsmi informasiya agentliyinin (SPA) məlumatına görə, qadınlar bələdiyyə seçkilərində iştirak edə bilərlər.
Ölkənin 1263 seçki məntəqəsindən 163-ü sırf qadınlar üçün olacaq. Bundan başqa 70 qadın seçkilərdə öz namizədliklərini irəli sürə biləcəklər, daha 80 qadın isə seçkilərin təşkilatçısı kimi qeydiyyatdan keçməyə hazırlaşır.
Seçicilərin qeydiyyatı avqustun 22-dən başlayacaq və sentyabrın 14-nə qədər davam edəcək. 30 avqustdan 17 sentyabra qədər namizədlərin qeydiyyatı aparılacaq. Noyabrın 29-da namizədlərin yekun siyahısı açıqlanacaq.
Səudiyyə Ərəbistannıda bələdiyyə seçkiləri 2005-ci ildən keçirilir. 2005-ci və 2011-ci illərdə keçirilən seçkilərdə qadınalr iştirak etmirdilər. 2011-ci ilin sentyabr ayının 25-də mərhum kral Abdullah bin Abduləziz qadınlara seçkilərdə iştirak etmə hüququnu verən fərman imzaladı.
Taxtda kral Abduləzizi əvəz edən, kral Salman ibn Abduləziz xələfinin fərmanını təsdiqləyərək, qadınlara yerli idarəetmə orqanlarına namizədliklərini irəli sürmə və səs vermə izni verdi, bu islahatçı kralın hesabına yazılan xal oldu.
E.Ə.
www.oxu.az