ABŞ-ın Luiziana ştatında yerləşən Qremblinq şəhərindəki dövlət universitetinin ərazisinə silahlı basqın nəticəsində 2 nəfər öldürülüb.
Оxu.Az “Associated press”ə istinadən xəbər verir ki, bunu yerli Polis İdarəsinin sözçüsü Stiven Uliyems bildirib.
Hadisə universitetin ərazisində düşən mübahisə nəticəsində baş verib.
S.Uliyemsin sözlərinə görə, basqınçılar atəş açdıqdan sonra hadisə yerindən qaçıblar. Onların tutulması üçün əməliyyat keçirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
N.H.