ABŞ valyutaları dollara nisbətdə aşağı olan ölkələrdən idxal olunan məhsullara vergi tətbiq etmək qərarını qətiləşdirdi.
Bu barədə “Haber7” məlumat yayıb.
ABŞ Xəzinədarlıq Departamenti son zamanlar ticarət razılaşmasının bir hissəsi olaraq məzənnə manipulyatorunu ləğv etsə də, amma yeni qərar Amerikanın Ticarət Departamentinə Çinə vergi tətbiqinə imkan verəcək.
Qərar layihəsi ilk dəfə ötən ilin may ayında dərc edilmişdi. Çinlə bərabər yeni qərar digər ölkələrdən, o cümlədən, Almaniya, İrlandiya, İtaliya, Yaponiya, Malayziya, Sinqapur, Cənubi Koreya, Vyetnam və İsveçrədən gətirilən mallara daha yüksək gömrük rüsumlarının artırılması ilə nəticələnə bilər.