ABŞ prezidenti Donald Tramp Çindən idxal olunan 200 milyard dollar məbləğində mallara 10 faiz həcmində yeni rüsumların tətbiq olunması ilə bağlı məlumat verib.
Oxu.Az Lenta.ru-ya istinadla xəbər verir ki, bununla bağlı Ağ Evin rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, qərar sentyabrın 24-dən qüvvəyə minəcək, 2019-cu ilin əvvəlindən isə rüsum 10 faizdən 25 faizə qaldırılacaq. Əgər Çin tərəfi cavab tədbirləri görsə, 267 milyard dollar həcmində yeni rüsumlar nəzərdə tutulub.
Trampın sözlərinə görə, ABŞ ticarət nümayəndəliyi belə nəticəyə gəlib ki, Çin texnologiyalar və əqli mülkiyyət sahəsində Birləşmiş Ştatlara qarşı haqsız siyasət aparır.
“Reuters”in məlumatına görə, tariflər “Apple” və “Fitbit” şirkətlərinin smart-saatlarına, eləcə də, bəzi məhsullara təsir etməyəcək.
Oxu.Az yeniləndi!
Rəylər